Bakı. 17mart. REPORT.AZ/ "Xoşbəxt ölkələr"in ("World Happiness Report") reytinq sırasında Azərbaycan 81-ci yerdədir.
"Report" xəbər verir ki, BMT-yə üzv olan 158 ölkədə bununla bağlı araşdırma aparılıb. Ermənistan 121-ci, Gürcüstan isə 126-cı yeri tutub.
Hesabata əsasən, reytinq siyahısında birinci yerdə Danimarkadır. Sonrakı iki yeri İsveçrə və İslandiya tutur. Finlandiya və İsveçdə ilk onluqdadır. ABŞ bu siyahıda 13-cü, Almaniya 16-cı, Rusiya 56-cı, Türkiyə 78-cı, İran isə 105-ci yerdədir.
Sonuncu yerdə Burundidir. Bu ölkə hətta Suriyadan da aşağı pillədə bərqərar olub.
Hesabat adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi, uzun ömürlülük, vətəndaş azadlığı, korrupsiyanın səviyyəsi, vətəndaşların səxavətliliyi və açıq ürəkliliyinə nəzərən tərtib olunub.