Xorvatiyada seçkilərdə müxalifət lideri qalib gəlir

Xorvatiyada seçkilərdə müxalifət lideri qalib gəlir Qrabar-Kitaroviç Xorvatiya tarixində birinci qadın prezident ola bilər
Digər ölkələr
12 Yanvar , 2015 02:25
Xorvatiyada seçkilərdə müxalifət lideri qalib gəlir

Баку. 12 января. REPORT.AZ/ Xorvatiyada prezident seçkilərinin ikinci turu yekunlaşıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda mübarizədə Xorvatiya Demokratiya Birliyi Partiyasının nümayəndəsi, sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviç hazırkı Prezident, Sosial-Demokrat Partiyasının üzvü İvo Yosipoviçdən öndədir.

Belə ki, bülletenlərin 97.7 faizi artıq hesablanıb və Kolinda Qrabar-Kitaroviçin səslərin 50.54 faizini topladığı bildirilir.

Beləliklə, Qrabar-Kitaroviç Xorvatiya tarixində birinci qadın prezident elan edilə bilər.

Xatırladaq ki, bu, 1991-ci ildə müstəqilliyini elan etmiş Xorvatiyanın tarixində altıncı, ölkənin Avropa İttifaqına daxil olmasından sonra isə birinci prezident seçkiləridir.

Son xəbərlər

Orphus sistemi