Xorvatiyada beşinci çağırış parlamentə seçkilər davam edir

Xorvatiyada beşinci çağırış parlamentə seçkilər davam edir 3.8 milyon vətəndaş 6.9 min seçki məntəqəsində öz iradəsini bildirmə hüququna malikdir.
Digər ölkələr
8 Noyabr , 2015 10:31
Xorvatiyada beşinci çağırış parlamentə seçkilər davam edir

Bakı. 8noyabr. REPORT.AZ/ Xorvatiyada beşinci çağırış Sabora (parlament) seçkilər keçirilir.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə 60 partiya iştirak edir. Ümumilikdə 3.8 milyon vətəndaş 6.9 min seçki məntəqəsində öz iradəsini bildirmə hüququna malikdir.

Proqnozlara əsasən, əsas mübarizə iki siyasi koalisiya arasında baş turacaq. Belə ki, hazırki baş nazir Zoran Milanoviçin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının liderliyindəki koalisiyanın əsas rəqibi Tomislav Karamarkonun başçısı olduğu sağ təmayüllü Xorvatiya Demokrat Birliyidir.

Parlamentdə təmsil olunmaq üçün partiyalar ümumi səslərin ən azı 5 faizini toplamalıdır.

İlk nəticələr isə bu gün yerli saatla 21.00-dan sonra məlum olacaq. 

Son xəbərlər

Orphus sistemi