Hillari Klinton 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşır

Hillari Klinton 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşır Sabiq Dövlət Katibi məsələyə növbəti iki həftə ərzində aydınlıq gətirəcək
Digər ölkələr
7 Aprel , 2015 08:15
Hillari Klinton 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşır

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın sabiq Dövlət Katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşır.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ABŞ-ın aparıcı media qurumları öz mənbələrinə əsaslanaraq məlumat yayıb.

İddialara görə, H.Klinton növbəti iki həftə ərzində namizəd olacağını rəsmən təstiq edəcək.

Xatırladaq ki, 2008-ci ildə də prezident olma iddiasında olan H.Klinton, ADŞ Demokrat Partiyasının daxilində keçirilən səsvermə nəticəsində Barak Obamaya məğlub olmuşdu.

Son xəbərlər

Orphus sistemi