​Xəzərilər Əfqanıstanda elektirik enerjisi tələbi ilə etiraz aksiyası keçirir

​Xəzərilər Əfqanıstanda elektirik enerjisi tələbi ilə etiraz aksiyası keçirir Aksiyada minlərlə xəzərinin iştirak edəcəyi gözlənilir
Digər ölkələr
16 May , 2016 13:12
​Xəzərilər Əfqanıstanda elektirik enerjisi tələbi ilə etiraz aksiyası keçirir

Bakı. 16 may. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda hezarilərin (xəzəri) keçirdiyi etiraz yürüşünə görə hakimiyyət prezident sarayına gedən yolları bağlayıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Aksiya iştirakçıları Kabulla Türkmənistan arasındakı elektrik xəttinin xəzərilər yaşayan əyalətdən keçməsini tələb edirlər.

Aksiyada minlərlə xəzərinin iştirak edəcəyi gözlənilir.

Xəbərdə bildirilib ki, buna görə də yürüşdən qabaq polis prezident sarayına gedən yolları yük konteynerləri ilə bağlayıb.

Ötən ilin noyabrında xəzərilər soydaşlarının qətlinə etiraz olaraq aksiya keçirmiş və prezident sarayının divarına dırmaşmışdılar. Ona görə də hakimiyyət ötən ilki hadisənin təkrarlanmasından ehtiyat edərək, yolları bağlayıb.

Hazırda elektirik xətti Əfqanıstanın 10 əyalətini əhatə edir. Xəzərilər isə əvvəlki layihəyə qayıdılaraq, xəttin Bamian və Vardak əyalətlərindən keçməsini istəyir.

Qeyd edək ki, xəzərilər Əfqanıstan əhalisinin 18 faizini təşkil edir. Onların türk əsilli etnos olduğu bildirilir. Əfqanıstan İslam Respublikasında kompakt halda, az sayda Pakistanda, İranda, Tacikistanda və başqa ölkələrdə yaşayırlar. Onların sayı müxtəlif mənbələrdə fərqli sayda göstərilir. Bəzi mənbələr xəzərilərin sayının 3 milyona yaxın, başqaları isə təxminən 6 milyon olduğunu qeyd edirlər.

Dinləri islam, məzhəbləri islam dininin şiə məzhəbidir. Öz dillərini unutduqları üçün türkcə qarışıq dari dilində danışırlar. Kabul, Herat, Həzaracat bölgələrində yaşayırlar. Qismən Qəndəhar, Nəngərhar və Bədəxşan bölgələrində də məskunlaşıblar. Bamian və Vardakı şəhərlərinin əhalisinin də çoxu xəzəridir. Əfqanıstana "Taliban" hərəkatı nəzarət etdiyi illərdə onlar etnik-məzhəbi qətliama daha çox məruz qalıblar. Ümumiyyətlə, xəzərilər Əfqanıstanda davamlı olaraq, etnik ayrı-seçkiliyin qurbanı olublar. 

Son xəbərlər

Orphus sistemi