Xakasiyada baş verən yanğınlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Xakasiyada baş verən yanğınlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb 1,2 min ev yanıb
Digər ölkələr
13 Aprel , 2015 10:55
Xakasiyada baş verən yanğınlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Bakı. 13 aprel. REPORT.AZ/ Xakasiyada baş verən yanğınlar nəticəsində ölənlərin sayı 14 nəfər təşkil edib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə fəlakətlər zamanı tibbi yardım regional mərkəzindən bildiriblər. 

Rusiya FHN-in verdiyi məlumata görə, yanğınlar nəticəsində 1,2 mindən artıq ev yanıb, 2 mindən artıq insan evsiz qalıb, onlardan bir çoxu qohumlarının və yaxınlarının evində qalır. 

Xakasiyanın ərazisində əhalinin müvəqqəti yerləşdirilməsi üçün 9 məntəqə təşkil olunub. Əhalinin təhlükəsiz zonaya təxliyyəsinə 106 insan və 14 ədəd texnika cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi