Vyetnamda yük gəmisi batıb

Vyetnamda yük gəmisi batıb Gəmidəki 19 filippinli ekipaj üzvlərindən hələlik bir nəfərin xilas olduğu bildirilib
Digər ölkələr
3 Yanvar , 2015 18:10
Vyetnamda yük gəmisi batıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Norveçin "Gearbulk" gəmiçilik şirkəti yük gəmilərindən birinin Vyetnamda batdığını açıqlayıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, şirkətdən gəmidəki 19 filippinli ekipaj üzvlərindən hələlik bir nəfərin xilas olduğu bildirilib.

Belə ki, Malayziyadan Çinə hərəkət edən "Bulk Yupiter" adlı yük gəmisinin Vyetnamdan 155 dəniz mili məsafədə yardım çağırışı göndərdiyi, siqnalı Yaponiya sahil-mühafizə qüvvələrinin aldığı qeyd edilib.

Xəbərdə 2 ekipaj üzvünün cansız bədəninin sudan çıxarıldığı, xilasetmə işlərinin pis hava şərtləri səbəbindən çətinləşdiyi bildirilib.

Bu arada gəminin boksit daşıdığı məlum olub.

Son xəbərlər

Orphus sistemi