Bakı. 26 avqust. REPORT.AZ/ Vyetnamın mərkəzində yerləşən Fuyen vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində yeganə şəxs olan pilot dünyasını dəyişib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, "L-39" təlim-döyüş təyyarəsi təlim uçuşu zamanı düyü sahəsinə düşüb.
Hadisə ilə bağlı istintaq işi başlanılıb, qəzanın başvermə səbəbləri araşdırılır.
Asiyanın bu ölkəsində iyun ayından bəri pilotların ölümü ilə nəticələnən təyyarə qəzaları üçüncü dəfə baş verib.
Müdafiə Nazirliyinin rəsmi mövqeyinə rəğmən, "Thanh Nien" qəzeti təyyarənin avtomobil yoluna düşdüyünü və nəticədə həmin yolda olan naməlum bir nəfərin öldüyünü yazıb.