Vyetnam müharibənin sona yetməsinin 40 illiyini qeyd edir

Vyetnam müharibənin sona yetməsinin 40 illiyini qeyd edir Xanoyda keçirilən paradda 6 min əsgər və mülki sakin iştirak edib
Digər ölkələr
30 Aprel , 2015 21:12
Vyetnam müharibənin sona yetməsinin 40 illiyini qeyd edir

Bakı. 30 aprel. REPORT.AZ/ Vyetnam, müharibənin sona yetməsi və ölkəyə kommunist rejiminin gəlişinin 40 illiyini qeyd edir. "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, aprelin 30-da paytaxt Xanoyda keçirilən paradda 6 min əsgər və mülki sakin iştirak edib.

Şimali Vyetnamın kommunist ordusu 1975-ci il aprelin 30-da ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnamın paytaxtı Sayqon şəhərini ələ keçirdi.

Soyuq müharibə dövründə baş verən bu uzun müharibədə azı 3 milyon vyetnamlı həlak olub. Itkilərin 250 mini Cənubi Vyetnam ordusuna aiddir. Həmçinin müharibədə 58 min ABŞ əsgəri həlak olmuşdu.

Vyetnam 1975-ci ildən bazar iqtisadiyyatını qəbul edib və bu ölkənin inkişafı və çiçəklənməsində mühüm rol oynayıb.

Son xəbərlər

Orphus sistemi