Vyanada İran və "altılıq" ölkələri arasında nüvə danışıqlarının növbəti mərhələsi keçiriləcək

Vyanada İran və "altılıq" ölkələri arasında nüvə danışıqlarının növbəti mərhələsi keçiriləcək Danışıqlar öncəsi hər iki tərəf yekun sazişin mətnində hələ də razılaşdırılmamış məqamların olduğunu qeyd edib
Digər ölkələr
27 İyun , 2015 05:19
Vyanada İran və altılıq ölkələri arasında nüvə danışıqlarının növbəti mərhələsi keçiriləcək

Bakı. 27 İyun. REPORT.AZ/ İranın mübahisəli nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair danışıqların növbəti mərhələsi bu gün Vyanada baş tutacaq.

"Report"un TASS agentliyinə isrtinadən verdiyi xəbərə görə, bu məqsədlə ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avstriyanın paytaxtına gələcəklər.

İran və "altılıq" ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramının dinc məqsədlərə xidmət edəcəyini müəyyənləşdirən yekun sənəd iyun ayının 30-dək qəbul edilməlidir. Bununla da on iki ildən artıq davam edən diplomatik çəkişmələrə son qoyulacağına ümid edilir.

Danışıqlar öncəsi hər iki tərəf yekun sazişin mətnində hələ də razılaşdırılmamış məqamların olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi