Vladimir Putin: "Türkiyənin müstəqil şəkildə qərarlar verməsini yüksək qiymətləndiririk"

Vladimir Putin: "Türkiyənin müstəqil şəkildə qərarlar verməsini yüksək qiymətləndiririk" "Türk tərəfdaşlarımız öz maraqlarını başqalarının siyasi ambisiyalarına qurban verməyib"
Digər ölkələr
28 Noyabr , 2014 16:35
Vladimir Putin: Türkiyənin müstəqil şəkildə qərarlar verməsini yüksək qiymətləndiririk

Bakı. 28 noyabr. REPORT.AZ/ "Türkiyənin Rusiya ilə iqtisadi əməkdaşlıq məsələsi də daxil olmaqla, müstəqil şəkildə qərarlar verməsini yüksək qiymətləndiririk". "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri ərəfəsində "Anadolu" informasiya agentliyinə müsahibəsində bildirib. 

"Türk tərəfdaşlarımız öz maraqlarını başqalarının siyasi ambisiyalarına qurban verməyib. Hesab edirəm ki, bu həqiqətən də düşünülmüş və uzaqgörən addımdır", - V.Putin vurğulayıb. 

Qeyd edək ki, Rusiya prezidenti dekabr ayının 1-də Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində V.Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.  

Son xəbərlər

Orphus sistemi