Vladimir Putin Barak Obama ilə görüşəcək

Vladimir Putin Barak Obama ilə görüşəcək Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib
Digər ölkələr
25 Sentyabr , 2015 01:12
Vladimir Putin Barak Obama ilə görüşəcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Nyu-Yorkda ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. “Report”un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov jurnalistlərə bildirib ki, görüş Putinin Yaponiya baş naziri Şinzo Abe ilə görüşündən sonra baş tutacaq.

Hər üç lider gələn həftə BMT Baş Assambleyasının toplantısında iştirak edəcək. Putin assambleyada nitq söyləməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi