​Eboladan ölənlərin sayı 6841 nəfərə çatıb

​Eboladan ölənlərin sayı 6841 nəfərə çatıb Bu virusa yoluxanların sayı 18 mini ötüb
Digər ölkələr
15 Dekabr , 2014 22:00
​Eboladan ölənlərin sayı 6841 nəfərə çatıb
Bakı. 15 dekabr. REPORT.AZ/ Ebola virusuna yoluxanların sayı 18 mini ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilir.

Məlumata görə, epidemiya yayıldığı vaxtdan 18464 nəfər bu xəstəliyə yoluxub, 6841 nəfər isə dünyasını dəyişib. Liberiyada vəziyyət daha ağır olaraq qalmaqdadır. Burada yoluxanların və ölənlərin sayı müvafiq olaraq 7797 və 3290 nəfərdir. Onun ardınca Syerra-Leone (8273 və 2033) və Qvineya (2394 və 1518) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi