​Venesuelada kütləvi qarətlərə görə 400 nəfərdən çox adam saxlanılıb

​Venesuelada kütləvi qarətlərə görə 400 nəfərdən çox adam saxlanılıb Saxlanılanların çoxu yetkinlik yaşına çatmayanlardır
Digər ölkələr
16 İyun , 2016 05:03
​Venesuelada kütləvi qarətlərə görə 400 nəfərdən çox adam saxlanılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Venesuelanın Kuman şəhərində baş vermiş kütləvi soyğunçuluqla bağlı 400-dən çox adam saxlanılıb. "Report" "Globovision" telekanalına istinadən xəbər verir ki, bu barədə Sukre ştatının qubernatoru Luis Akunya bildirib.

"Bəzi insanlar ticarət mərkəzlərindən məhsullar və digər əşyalarla çıxarkən saxlanılıb. Prokurorluq indi onlardan izahat alır" – deyə qubernator bildirib.

Onun sözlərinə görə, saxlanılanların çoxu yetkinlik yaşına çatmayanlardır. 

Dünən müxalifətdən olan deputatlar Kuman şəhərində iğtişaş və qarət nəticəsində iki nəfərin həlak olduğunu bildiriblər. Lakin Akunya bu məlumatı təkzib edib. 

Son xəbərlər

Orphus sistemi