Venesuelada həbsxanada baş verən yanğın nəticəsində 17 nəfər ölüb

Venesuelada həbsxanada baş verən yanğın nəticəsində 17 nəfər ölüb Ölənlərdən 9-u kişi, 8-i qadındır
Digər ölkələr
1 Sentyabr , 2015 09:35
Venesuelada həbsxanada baş verən yanğın nəticəsində 17 nəfər ölüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Venesuelanın şimalında yerləşən Karabobo əyalətindəki həbsxanalardan birində baş verən yanğın nəticəsində 17 nəfər ölüb. 

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, ölənlərdən 9-u kişi, 8-i qadındır. 11 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 

Ötən il Venesuela həbsxanalarında 309 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi