​Venesuelada dövlət qulluqçuları yalnız bazar ertəsi və çərşənbə axşamı işləyəcək

​Venesuelada dövlət qulluqçuları yalnız bazar ertəsi və çərşənbə axşamı işləyəcək Məqsəd idarə və müəssisələrdə elektrik enerjisindən az istifadə etməkdir
Digər ölkələr
27 Aprel , 2016 05:54
​Venesuelada dövlət qulluqçuları yalnız bazar ertəsi və çərşənbə axşamı işləyəcək

Bakı. 27 aprel. REPORT.AZ/Venesuelada dövlət qulluqçularının iş günləri azaldılıb. "Report"un "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, dövlət qulluqçuları bundan sonra həftə ərzində cəmi iki gün - bazar ertəsi və çərşənbə axşamı işləyəcəklər.

Hökumətin yeni qərarını ölkənin vitse-prezidenti Aristobulo İstiuris açıqlayıb. Onun sözlərinə görə, məmurların iş gününün maksimum azaldılmasına məqsəd idarə və müəssisələrdə elektrik enerjisindən az istifadə etmək, enerjiyə tələbatı azaltmaqdır.  

Son xəbərlər

Orphus sistemi