Venesuela həbsxanasında 35 məhkum ölüb

Venesuela həbsxanasında 35 məhkum ölüb Onlar daha yaxşı məhkumluq həyatı yaşamaq üçün aclıq aksiyası keçiriblər
Digər ölkələr
29 Noyabr , 2014 18:09
Venesuela həbsxanasında 35 məhkum ölüb
Bakı. 29 noyabr. REPORT.AZ/ Venesueladakı David Viloria adlı həbsxanada daha yaxşı məhkumluq həyatı yaşamaq istəyən məhbuslar üsyan etmək qərarına gəliblər. "Report" xarici mətbuata istinadən xəbər verir ki, onlar çıxış yolu kimi aclıq aksiyasını seçiblər. Nəticədə yüksək dozada dərmanlar qəbul edən 35 məhkum həyatını itirib. 

Dövlət rəsmilərinin hadisə ilə bağlı verdiyi açıqlamaya görə,həftənin ilk günlərindən etibarən aclıq aksiyasına başlayan bir qrup məhkum dərmanları təmiz spirtli içki ilə qəbul ediblər. Nəticədə onlardan 35 nəfəri ölüb, müalicə olunan 100 məhbusdan 20-i isə komadadır. 

Bəzi hüquq müdafiəçiləri də hökumətin məsələyə biganə yanaşmasına sərt reaksiya verərək, hadisənin araşdırılmasını tələb ediblər.

Qeyd edək ki, 2008-ci ildən indiyədək Venesuela həbsxanalarındakı məhkumların sayı iki dəfə artıb. Ötən il David Viloria həbsxanasında eyni səbəbdən 58 məhkum ölüb. Ölkənin müvafiq qurumlarının apardığı araşdırmalara görə, keçən il Venesueladakı həbsxanalarda ümumilikdə 506 məhkum həyatını itirib. 

Son xəbərlər

Orphus sistemi