Bakı. 23 oktyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro beynəlxalq turne çərçivəsində bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.
"Report" xəbər verir ki, bu barədə Krallığın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh məlumat verib.
Nikolas Maduro Ər-Riyadda neft hasilatı ilə bağlı danışıqlar aparacaq.
Bu günlərdə Maduro Azərbaycanda səfərdə olub və burada OPEK-ə üzv və qeyri-üzv ölkələrin yaxın vaxtlarda neft hasilatının azaldılması üzrə razılığa gələcəyinə əminliyini bildirib.