Venesuela borclarına görə BMT-də səs hüququnu itirib

Venesuela borclarına görə BMT-də səs hüququnu itirib Venesuelanın BMT-yə olan borcu 3 milyon ABŞ dolları təşkil edir
Digər ölkələr
23 Yanvar , 2016 15:16
Venesuela borclarına görə BMT-də səs hüququnu itirib

Bakı. 23 yanvar. REPORT.AZ/ 15 ölkə, o cümlədən Venesuela BMT-nin büdcəsinə illik ödənişi etmədiyinə görə səs hüququnu itirib.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun təşkilatın Baş Assambleyasına yazdığı məktubda məlumat verib.

Borclu ölkələrin siyahısına İran da daxil edilmişdi. Amma Baş Assambleyanın mətbuat katibi Daniel Tomas cümə günü İranın ödənişi həyata keçirdiyini və səsvermə hüququnu bərpa etdiyini açıqlayıb.

Pan Gi Munun məktubunda qeyd olunur ki, Baş Assambleya borclu ölkələrə yalnız bir halda səsvermə hüququ verə bilər. Bunun üçün gərək borclular ödənişin gecikməsinin onlardan asılı olmayan səbəblərdən baş verdiyini sübut etsin.

Assambleya da cari sessiyasında 5 ölkəyə - Komor adaları, Qvineya-Bisau, San Tome və Prinsipi, Somali və Yəmənə səsvermə hüququ verən qərar qəbul edib. Digər 9 ölkə isə ilk növbədə borcunu ödəməlidir.

Qeyd edək ki, Venesuelanın BMT-yə olan borcu 3 milyon ABŞ dolları təşkil edir. Eyni zamanda, BMT qarşısında Dominikan Respublikası 2,1 milyon, Sent Vinsent və Qrenadin 2,155 milyon, Burundi isə 1,36 milyon ABŞ dolları məbləğində borclanıb.

Səsvermə hüququnu itirən digər 5 ölkə isə Bəhreyn, Liviya, Mali, Marşall adaları və Vanuatudur.

Xatırladaq ki, Venesuela hazırda BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bundan əlavə, fevral ayında o, Şuraya sədrlik edəcək. Borca görə avtomatik surətdə BMT-də səsvermə hüququnu itirən Cənubi Amerika ölkəsi Təhlükəsizlik Şurasında səsindən yararlana biləcək.

Son xəbərlər

Orphus sistemi