Venesuela Amerika Dövlətlər Təşkilatından xaric edilə bilər

Venesuela Amerika Dövlətlər Təşkilatından xaric edilə bilər ADT-nin növbədənkənar iclası iyunun 23-də keçiriləcək
Digər ölkələr
11 İyun , 2016 16:06
Venesuela Amerika Dövlətlər Təşkilatından xaric edilə bilər

Bakı. 11 iyun. REPORT.AZ/ Amerika Dövlətlər Təşkilatı (ADT) iyunun 23-də növbədənkənar iclasda Venesueladakı vəziyyəti müzakirə edəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, növbədənkənar iclas ADT-nin baş katibi Luis Almaqronun təşəbbüsü ilə keçiriləcək.

ADT-nin daimi şurası Venesuelada Demokratiya haqqında qətnamələrin həyata keçirilməsini müzakirə etmək üçün toplanacaq. Bu qətnamələr Venesuela hökuməti və müxalifəti arasında danışıqlar üzrə səyləri dəstəkləmək üçün ötən ay Almaqro tərəfindən təklif edilib. 

ADT-yə üzv olan 34 ölkədən üçdə biri  "Venesuelada demokratiyanın təhlükədə olduğu haqqında" eyni fikirdə olarsa, bu ölkə təşkilatdan xaric edilə bilər.

Son xəbərlər

Orphus sistemi