​Venesuela ABŞ-dakı səfirini geri çağırır

​Venesuela ABŞ-dakı səfirini geri çağırır Buna səbəb ölkəyə qarşı sanksiyaların müddətinin uzadılmasıdır
Digər ölkələr
10 Mart , 2016 06:08
​Venesuela ABŞ-dakı səfirini geri çağırır

Bakı. 10 mart. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Karakas sanksiyaların müddətinin uzadılmasına görə ABŞ-dakı səfirini geri çağırır.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu bəyanatla o, yerli telekanalın efirində çıxış edib.

"Mən 17 aydan sonra Venesuelanın Vaşinqtondakı səfiri Maksimlian Sançes Arvelaisin geri çağırılması barədə qərar qəbul etdim. O, Karakasa qayıdacaq. Yeter bu qədər lovğalıq", — deyə Maduro bildirib.

"Əgər onlar (ABŞ) bizimlə iş görmək istəmirlərsə, orada səfir nəyə lazımdır", — deyə prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi