Bakı. 03 noyabr. REPORT.AZ/ Vatikanda məxfi sənədlərin oğurlanmasında günahlandırılan iki nəfər – Müqəddəs Taxt-Tacın iqtisadi fəaliyyət üzrə komissiyasının keçmiş üzvü Françeska İmmakolata Kaoukvi və həmin komissiyanın sabiq katibi Angel Vallejo Balda həbs edilib.
İtaliyanın ANSA agentliyinin yaydığı xəbərə görə, hadisə ilə bağlı məlumatlandırılan Roma Papası Fransisk müvafiq tapşırıqlar verib. Müqəddəs Taxt-Tacın bəyanatında bu hal Roma Papasının inamına ciddi xəyanət kimi dəyərləndirilir.