​Vaşinqtonda nüvə təhlükəsizliyi sammitinin yekununda kommunike qəbul olunub

​Vaşinqtonda nüvə təhlükəsizliyi sammitinin yekununda kommunike qəbul olunub "Nüvə terrorizmi təhlükəsi beynəlxalq təhlükəsizlik üçün əsas çağırışlardan biridir"
Digər ölkələr
2 Aprel , 2016 03:16
​Vaşinqtonda nüvə təhlükəsizliyi sammitinin yekununda kommunike qəbul olunub

Bakı. 2 aprel. REPORT.AZ/ Nüvə terrorizmi təhlükəsi beynəlxalq təhlükəsizlik üçün əsas çağırışlardan biridir.

"Report" xəbər verir ki, bu barədə Vaşinqtonda nüvə təhlükəsizliyi sammitinin yekununda qəbul edilən kommunikedə bildirilir.

Sənəddə radioaktiv materialların terrorçuların əlinə düşməsinə yol verilməməsinin vacibliyi qeyd olunur. Kommunikedə eyni zamanda bildirilir ki, nüvə təhlükəsizliyi səyləri üzrə tədbirlər ölkələrin atom enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququna maneəçilik törətməməlidir.

Nüvə təhlükəsizliyi sammiti onlarla ölkə rəhbərliyinin iştirakı ilə 31 mart - 1 aprel tarixlərində Vaşinqtonda keçirilib.

Son xəbərlər

Orphus sistemi