Vaşinqtonda metroda tüstüdən 84 nəfər xəsarət alıb

Vaşinqtonda metroda tüstüdən 84 nəfər xəsarət alıb Hadisə "Lenfan Plaza" stansiyasında insan sıxlığının çox olduğu vaxt baş verib
Digər ölkələr
13 Yanvar , 2015 09:40
Vaşinqtonda metroda tüstüdən 84 nəfər xəsarət alıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Vaşinqtonda metroda dumanlanma nəticəsində 84 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Hadisə "Lenfan Plaza" stansiyasında insan sıxlığının çox olduğu vaxt baş verib. Stansiya bağlanılıb, iki xətdə hərəkət qismən dayandırılıb. Yüzlərlə sərnişin təxliyyə olunub, onlarla insan yaxın xəstəxanalara göndərilib. Xəsarət alan şəxslərdə, əsasən tüstüdən  zəhərlənmə halları  qeyd olunur. ABC News telekanalının məlumatına əsasən, 200-ə yaxın insan tibbi müayinədən keçib. 

Tüstünün dəqiq səbəbi müəyyən olunmayıb. Hadisəni Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) araşdırır. 

Son xəbərlər

Orphus sistemi