Vaşinqton və Nyu-York aeroportlarının fəaliyyətində problem yaranıb

Vaşinqton və Nyu-York aeroportlarının fəaliyyətində problem yaranıb Problemlər təyyarələrin hərəkətinə nəzarət edən sistemdə yaranmış nasazlıqlara görə baş verib
Digər ölkələr
16 Avqust , 2015 00:31
Vaşinqton və Nyu-York aeroportlarının fəaliyyətində problem yaranıb

Bakı. 16 avqust. REPORT.AZ/ Vaşinqton və Nyu-Yorkun aeroportlarında bəzi reyslərdə gecikmə qeydə alınıb. “Report” RİA Novosti agentliyinə istinadən xəbər verir ki, problemlər ABŞ-ın şərq hissəsindəki ən böyük aeroportlarının fəaliyyətində yaranıb.

ABŞ Federal aviasiya idarəsinin yaydığı məlumata görə, Vaşinqtonun Dalles adına aeroportunda 45 dəqiqədən 1 saatadək gecikmələr yaranıb və bu interval artır.

Eyni vəziyyət Baltimor və Vaşinqtonun digər aeroportlarında da yaşanır. Burada gecikmə 2 saat təşkil edir.

Federal aviasiya idarəsi qeyd edir ki, problemlər təyyarələrin hərəkətinə nəzarət edən sistemdə yaranmış nasazlıqlara görə baş verib.

Son xəbərlər

Orphus sistemi