​Vaşinqton növbəti Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozduğunu təsdiqləyib

​Vaşinqton növbəti Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozduğunu təsdiqləyib Pentaqon Moskvanı yenidən Türkiyənin hava məkanına hörmətlə yanaşmağa çağırıb
Digər ölkələr
31 Yanvar , 2016 11:07
​Vaşinqton növbəti Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozduğunu təsdiqləyib

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən gün Rusiyanın hərbi "Su-34" təyyarəsi həqiqətən Türkiyənin hava məkanını pozub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt bildirib.

"Biz məlumatlardan xəbərdarıq və təsdiq edə bilərik ki, ötən gün daha bir Rusiya hərbi təyyarəsi Türkiyə və NATO-nun hava məkanını pozub", - deyə Rayt qeyd edib.

Eyni zamanda məmur əlavə edib ki, Pentaqon Moskvanı yenidən Türkiyənin hava məkanına hörmətlə yanaşmağa və regionda gərginliyin artma riskinə gətirib çıxa biləcək hərəkətlərə son qoymağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən insidentdən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.

Türkiyə XİN-i dünən Rusiyaya məxsus "Su-34" təyyarəsinin ölkənin hava məkanını pozduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyi öz növbəsində faktı təkzib edib.

Son xəbərlər

Orphus sistemi