Valentina Matviyenko: "İŞİD və miqrant böhranı Qərbin məsuliyyətsiz siyasətinin nəticəsidir"

Valentina Matviyenko: "İŞİD və miqrant böhranı Qərbin məsuliyyətsiz siyasətinin nəticəsidir" Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri ABŞ və müttəfiqlərinin yürütdüyü siyasəti tənqid edib
Digər ölkələr
1 Sentyabr , 2015 01:54
Valentina Matviyenko: İŞİD və miqrant böhranı Qərbin məsuliyyətsiz siyasətinin nəticəsidir

Bakı. 01 sentyabr. REPORT.AZ/ Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa dövlətlərinin qarşılaşdığı miqrant problemi ilə terrorçu İŞİD təşkilatının yaranmasını Qərbin məsuliyyətsiz siyasəti ilə əlaqələndirib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, Matviyenko ABŞ və müttəfiqlərinin yürütdüyü siyasəti tənqid edib.

Onun sözlərinə görə, Qərb dövlətləri onların istəkləri ilə razılaşmayan ölkələrə açıq təzyiq göstərir və birtəfərli sanksiyalar, hətta güc tətbiq edirlər. Beləliklə dünyanın bir sıra regionlarında xaos yaranır.

Son xəbərlər

Orphus sistemi