​ÜST: Yəməndə 944 nəfər ölüb, 3487 nəfər yaralanıb

​ÜST: Yəməndə 944 nəfər ölüb, 3487 nəfər yaralanıb Bu məlumatlar Yəməndəki tibb müəssisələrindən alınıb
Digər ölkələr
21 Aprel , 2015 20:58
​ÜST: Yəməndə 944 nəfər ölüb, 3487 nəfər yaralanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Yəməndə baş verən silahlı münaqişə nəticəsində martın 19-dan aprelin 17-dək 994 nəfər həlak olub, 3487 nəfər isə yaralanıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu məlumatı aprelin 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Rəna Sidani verib.

O qeyd edib ki, bu məlumatlar Yəməndəki tibb müəssisələrindən alınıb: "Bu rəqəmlər heç də bütün ölənlərin və yaralıların sayını əks etdirmir. Evdə müalicə alan və xəstəxanalara müraciət etməyən yaralılar, eyni zamanda, qohumları tərəfindən səhiyyə orqanlarına məlumat verilməyən həlak olanlar nəzərə alınmayıb. Yəməndə ölənlər və yaralıların real sayı bundan daha çoxdur".

Onun sözlərinə görə, bu statistikaya həm mülki şəxslər, həm də hərbi qulluqçular daxildir.

Son xəbərlər

Orphus sistemi