​ÜST: Ebola virusuna yoluxanların sayı 25,5 mindən çoxdur

​ÜST: Ebola virusuna yoluxanların sayı 25,5 mindən çoxdur Virusdan 10 573 insan dünyasını dəyişib
Digər ölkələr
7 Aprel , 2015 20:27
​ÜST: Ebola virusuna yoluxanların sayı 25,5 mindən çoxdur

Bakı. 7 aprel. REPORT.AZ/ Dünyanın Ebola virusundan ən çox ziyan çəkmiş üç ölkəsində 25,5 mindən çox insan ölümcül virusun qurbanıdır. Bu ölkələr Qvineya, Liberiya və Syerra-Leonedir.

"Report" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

Aprelin 7-nə olan statistik məlumata görə, hazırda üç Afrika ölkəsində 25 516 nəfər virus daşıyıcısıdır. Ebola virusundan 10 573 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma faktı (12 139) Syerra-Leonedə qeydə alınıb, ən çox ölüm isə Liberiyanın payına düşüb (4 408).

Son xəbərlər

Orphus sistemi