Yuri Uşakov: "G20 sammitində Putin və Obamanın görüşü hələ razılaşdırılmayıb"

Yuri Uşakov: "G20 sammitində Putin və Obamanın görüşü hələ razılaşdırılmayıb" "İyirmiliy"in sammitində dövlət başçılarının görüşü nəzəri cəhətdən mümkündür
Digər ölkələr
3 Sentyabr , 2016 06:48
Yuri Uşakov: G20 sammitində Putin və Obamanın görüşü hələ razılaşdırılmayıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Çində keçiriləcək G20 sammitində Rusiya və ABŞ prezidentləri - Vladimir Putinlə Barak Obamanın görüşü baş tuta bilər, lakin bu hələ razılaşdırılmayıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

O, qeyd edib ki, "iyirmiliy"in sammitində dövlət başçılarının görüşü nəzəri cəhətdən mümkündür. Əgər liderlər bunu işçi qaydasında razılaşdırsalar, iki dövlət rəhbərinin görüşü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi