​Uruqvayda qasırğa nəticəsində 2 nəfər həyatını itirib

​Uruqvayda qasırğa nəticəsində 2 nəfər həyatını itirib Evlər və mağazalar dağılıb
Digər ölkələr
16 Aprel , 2016 03:37
​Uruqvayda qasırğa nəticəsində 2 nəfər həyatını itirib

Bakı. 16 aprel. REPORT.AZ/ Uruqvayın cənub-şərqində yerləşən Doloros şəhərində baş verən qasırğa nəticəsində 2 nəfər ölüb, onlarla insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü ölkənin Milli Fövqəladə Hallar İdarəsinin rəhbəri Xuan Andres Robalyo bildirib.

Onun sözlərinə görə, 2 zərərçəkən uşaq ağır vəziyyətdədir və təcili surətdə ölkə paytaxtına çatdırılıb.

Təbii fəlakət nəticəsində onlarla yaşayış evi və mağaza dağılıb və ya ciddi ziyan çəkib. Ölkədə rabitə ilə bağlı problem yaranıb, elektrik təchizatı kəsilib.

Hadisə yerində yanğınsöndürən və xilasedilicər işləyir.

Son xəbərlər

Orphus sistemi