Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün Uqandanın paytaxtı Kampalada kütləvi iğtişaşlar baş verib. Etirazlar müxalifət lideri Kifefe Kizı Besiqienin ay ərzində dördüncü dəfə həbs olunmasından sonra başlayıb.
"Report" AFP-yə istinadən xəbər verir ki, bazar ertəsi polislə toqquşmalar zamanı ən azı bir müxalifət tərəfdarının öldüyü bildirilir.
Etirazçılar şəhərin küçələrində yanan avtomobil təkərləri və metal tullantılarından barrikadalar qurublar. Polis və jandarmeriya etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Polis bir nəfərin öldüyünü təsdiq edib. Müxalifət 3 nəfərin polis tərəfindən güllələndiyini bildirib. Lakin bu informasiya hələ ki, öz təsdiqini tapmayıb.