Bakı. 17 fevral. REPORT.AZ/ "Zika" virusunun yayılmasının qarşısını almaq üçün 56 milyon dollar maliyyə vəsaiti tələb olunur".
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, bu maliyyə vəsaiti peyvəndin hazırlanması və diaqnostik tədbirlərin keçirilməsinə sərf ediləcək.
ÜST öz vəsaitindən 25 milyon dollar virusu yayan ağcaqanadların yayılmasının qarşısını almağa xərcləyəcək.
Məlumata görə, dünyanın 15 əczaçı firması "Zika" virusuna qarşı peyvəndin hazırlanması ilə məşğuldur.
ÜST-ün məlumatına əsasən, peyvəndin genişmiqyaslı sınağına 1,5 ildən sonra başlanılacaq.
Xəstəliyin çox vaxt simptomu (əlaməti) görünmür. Bu virus hamilələr üçün daha təhlükəli sayılır. Həmin qadınlar dünyaya anomaliyalı körpələr gətirir. Həmin uşaqların kəllə qutusu normadan kiçik olur, beyin isə inkişaf etməmiş qalır. Braziliyada artıq bu diaqnozla minlərlə körpə doğulub.