Ümumdünya İqtisadi Forumu yanvarın 21-24-də Davosda keçiriləcək

Ümumdünya İqtisadi Forumu yanvarın 21-24-də Davosda keçiriləcək Forumun əsas mövzusu "Yeni qlobal kontekst" olacaq
Digər ölkələr
5 Yanvar , 2015 16:51
Ümumdünya İqtisadi Forumu yanvarın 21-24-də Davosda keçiriləcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Növbəti Ümumdünya İqtisadi Forumu (ÜİF) yanvarın 21-24-də Davosda keçiriləcək. "Report" ÜİF mətbuat xidmətinə istinadən xəbər verir ki, forumun əsas mövzusu "Yeni qlobal kontekst", inkişaf və sabitlik məsələləri, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiya və sənaye məsələləri olacaq.

Forumda aparıcı iş adamları, siyasi liderlər dünyanın ən aktual problemlərini, əsas geosiyasi çağırışları müzakirə edəcəklər. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr olunmuş debatlar, qlobal enerji gündəliyi, qlobal təhlükəsizlik məsələləri daxil edilib. ABŞ, Rusiya, qlobal iqtisadi vəziyyətlə bağlı ətraflı sessiyalar keçiriləcək. 

Qeyd edək ki, Davosda iqtisadi forum hər il keçirilir. Forumda iki minə yaxın iş adamı, biznes elitası, bir sıra ölkələrin siyasi liderləri iştirak edir. Azərbaycan Prezidenti dəfələrlə forumda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi