Bakı. 12 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) aparılacaq 4 illik islahatlar proqramı qarşılığında Ukraynaya 40 milyard dollar kredit ayırmağa razılıq verib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda fondun başçısı Kristin Laqard bildirib.
Onun sözlərinə görə, bu maliyyə vəsaitini BVF ilə yanaşı, Avropa Birliyi ölkələri və özəl sektordan olan sərmayəçilər verəcəklər.
"Hələlik bu razılaşma Kiyevlə ekspertlər səviyyəsində əldə edilib. Proqram Direktorlar Şurası tərəfindən təsdiqlənməyib. Fevralın sonunadək sənədin təsdiqlənəcəyinə ümid edirəm", - K.Laqard bildirib.
Xatırladaq ki, 2014-cü ilin aprelində təsdiqlənən əvvəlki proqramda iki il müddətinə BVF xətti ilə Ukraynaya 17 milyard dollar verilməsi nəzərdə tutulmuşdu.