​Ukraynanın şərqində əsirlərin dəyişdirilməsinə başlanıb

​Ukraynanın şərqində əsirlərin dəyişdirilməsinə başlanıb Tərəflər 30-dan çox şəxsin dəyişdirilməsini planlaşdırır
Digər ölkələr
21 Fevral , 2015 22:28
​Ukraynanın şərqində əsirlərin dəyişdirilməsinə başlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Luqansk ətrafında Ukrayna hərbçiləri ilə separatçılar arasında əsirlərin mübadiləsinə başlanıb.

“Report” xəbər verir ki, hər tərəfdən 30-dan çox əsirin dəyişdirilməsi nəzərdə tutulub.

Qondarma "Donetsk Xalq Respublikası"nın (“DXR”) nümayəndəsi Darya Morozova bildirib ki, “DXR” 39 nəfərədək Ukrayna hərbçisini dəyişməyi nəzərdə tutur. O, qondarma “Luqansk Xalq Respublikası” tərəfindən dəyişdiriləcək əsirlərin sayını bildirməyib.

Bununla yanaşı Ukrayna prezidenti Pyotr Poroşenko öz "Twitter" səhifəsində yazıb ki, yaxın vaxtlarda "140 Ukrayna qəhrəmanı azad ediləcək".

Son xəbərlər

Orphus sistemi