Ukraynanın sabiq prezidenti barəsində beynəlxalq axtarış elan olunub

Ukraynanın sabiq prezidenti barəsində beynəlxalq axtarış elan olunub İnterpol Viktor Yanukoviç, Nikolay Azarov və Ukraynanın bir sıra digər məmurlarını qırmızı bülletenlə axtarışa verib
Digər ölkələr
12 Yanvar , 2015 16:41
Ukraynanın sabiq prezidenti barəsində beynəlxalq axtarış elan olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-də İnterpol sabiq prezident Viktor Yanukoviç, keçmiş baş nazir Nikolay Azarov və Ukraynanın bir sıra digər məmurları barəsində qırmızı bülletenlə axtarış elan edib. 

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov bildirib.

"2014-cü il mart ayında müraciətdən bir neçə ay sonra bu gün Ukrayna DİN, Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Şurasının hazırladığı sorğu üzrə İnterpolun xüsusi komissiyası qərar qəbul edib", - N.Azarov "facebook" səhifəsində yazıb. 

Son xəbərlər

Orphus sistemi