Ukraynanın Daxili işlər naziri Saakaşvilini məhkəməyə verib

Ukraynanın Daxili işlər naziri Saakaşvilini məhkəməyə verib "Bildiyimə görə, baş nazir Arseniy Yatsenyuk da məhkəməyə müraciət etmək niyyətindədir"
Digər ölkələr
18 Dekabr , 2015 08:14
Ukraynanın Daxili işlər naziri Saakaşvilini məhkəməyə verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Ukraynanın Daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib.

"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, onun ünvanına korrupsiya ittihamı səsləndirən "cənab Saakaşvilini" məhkəməyə verib.

"Bildiyimə görə, baş nazir Arseniy Yatsenyuk da məhkəməyə müraciət etmək niyyətindədir", - deyə A.Avakov əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl keçirilən müşavirədə iki siyasətçi arasında münaqişə baş verib. Məmurlar bir-birini təhqir edib və "korrupsioner" adlandırıblar.

Son xəbərlər

Orphus sistemi