​Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi ifadə verməyə çağırıb

​Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi ifadə verməyə çağırıb Viktor Yanukoviçi Baş Prokurorluğa avqustun 11-də saat 11:00-da çağırıblar
Digər ölkələr
6 Avqust , 2015 14:10
​Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi ifadə verməyə çağırıb

Bakı. 6 avqust. REPORT.AZ/ Baş Prokurorluq Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə ünvanladığı çağırış vərəqəsini rəsmi qəzetdə dərc edib.

"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumatına görə, Viktor Yanukoviçi Baş Prokurorluğa avqustun 11-də saat 11:00-da çağırıblar.

Belə ki, eks-prezident icraatda olan cinayət işi üzrə istintaqa ifadə vermək üçün şöbə rəisi Yuri Bezşasnının yanına gəlməlidir.

Qeyd edək ki, Yanukoviç hazırda Rusiyanın Rostov şəhərindədir.

Son xəbərlər

Orphus sistemi