Bakı. 15 dekabr. REPORT.AZ/ BMT-nin yeni hesabatına görə, Ukraynanın cənub-şərqində silahlı qarşıdurma nəticəsində 4707 nəfər ölüb, 10 322 nəfər isə yaralanıb.
"Report" "BBC"yə istinadən xəbər verir ki, 5 milyondan çox adam münaqişə bölgəsində qalıb.
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının məlumatına əsasən, həmin ərazidəki sakinlərin sosial şəraiti ağırlaşmaqdadır.
Hesabatda vurğulanıb ki, sentyabrda elan edilmiş, davamlı olaraq pozulan atəşkəsdən sonra 1357 nəfər ölüb.
Sənəd BMT-nin 34 müşahidəçisi tərəfindən hazırlanıb. Hesabat münaqişə başlayandan dekabrın 12-dək toplanan məlumatlar əsasında hazırlanıb.