Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında razılıq əldə olunub

Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında razılıq əldə olunub Dekabrın 28-dək 225 separatçı ilə 150 əsgər dəyişdiriləcək
Digər ölkələr
25 Dekabr , 2014 20:40
Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında razılıq əldə olunub

Bakı. 25 dekabr. REPORT.AZ/ Ukraynada hökumət qüvvələri ilə ölkənin şərqindəki separatçılar arasında əsirlərin mübadiləsi və ağır döyüş texnikalarının geri çəkilməsi məsələsində razılıq əldə olunub. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Rozmaznin hökumət qüvvələrinin dekabrın 26-dan sonra 100 millimetrlik atış məsafəsində ağır döyüş texnikalarının geri çəkilməyə başlayacağını bildirib.

"Minsk razılaşmasının həyata keçirilməsi üçün işimizi davam etdiririk. Bunun ilk mərhələsi həqiqi atəşkəsin təmin edilməsidir. Dekabrın 26-dan sonra 100 millimetrlik atış məsafəsində ağır döyük texnikalarını geri çəkməklə razılaşmanın ikinci mərhələsinə keçəcəyik. Hər iki tərəf ağır döyüş texnikalarını 15 kilometr geri çəkməklə 30 kilometrlik təhlükəsizlik zonası yaradılacaq", - Ukrayna Müdafiə Nazirliyinin rəsmisi deyib.

"Luqansk Xalq Respublikası"nın sədri İqor Plotnitski isə dekabrın 28-dək separatçılarla hökumət qüvvələrinin girovları dəyişəcəyini söyləyib: "Həmin müddətdə 225 separatçı ilə 150 əsgər dəyişdiriləcək".

"Donetsk Xalq Respublikası"nın sədri Aleksandr Zaharçenko da tərəflərin əllərindəki bütün girovları qarşılıqlı şəkildə dəyişdirmək barədə razılıq verdiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi