​Ukraynada baş vermiş güclü yanğın zamanı 5 nəfər ölüb

​Ukraynada baş vermiş güclü yanğın zamanı 5 nəfər ölüb Yaşlı insanların müvəqqəti yaşadığı şəxsi ev mülkündə hadisə zamanı 35 nəfər olub
Digər ölkələr
29 May , 2016 08:41
​Ukraynada baş vermiş güclü yanğın zamanı 5 nəfər ölüb

Bakı. 29 may. REPORT.AZ/ Ukraynanın Kiyev vilayətinin Brovar rayonunun Litoçki kəndindəki yaşayış evində baş vermiş yanğın zamanı 5 nəfər ölüb. “Report”un məlumatına görə, 10 nəfərin taleyi hələlik naməlumdur.

Məlumata görə, yanğın yerli vaxtla saat 03:48 radələrində başlayıb. Yaşlı insanların müvəqqəti yaşadığı şəxsi ev mülkündə hadisə zamanı 35 nəfər olub. Onlardan 18 nəfəri xilas edilib.

Saat 05:25-də söndürülmüş yanğının ətraf əraziyə yayılmasının qarşısının alınmasına 35 yanğınsöndürən, 9 texnika cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.  

Son xəbərlər

Orphus sistemi