Ukrayna sülhməramlıların göndərilməsi barədə BMT və Aİ-yə müraciət edib

Ukrayna sülhməramlıların göndərilməsi barədə BMT və Aİ-yə müraciət edib Prezident Pyotr Poroşenko bununla bağlı fərman imzalayıb
Digər ölkələr
2 Mart , 2015 15:42
Ukrayna sülhməramlıların göndərilməsi barədə BMT və Aİ-yə müraciət edib

Bakı. 2 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynaya sülhməramlıların göndərilməsi barədə BMT və Aİ-yə müraciət olunmasına dair fərman imzalayıb. Bu barədə "Report" prezidentin rəsmi saytına istinadən xəbər verir. 

Beləliklə də Milli Təhlükəsizlik və Müdafiə Şurasının 18 fevral 2014-cü il tarixli "Ukrayna ərazisində sülh və təhlükəsizliyin dəstəklənməsi üzrə beynəlxalq əməliyyatın keçirilməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqına müraciət haqqında" qərar qüvvəyə minib. 

Milli Təhlükəsizlik və Müdafiə Şurası prezidentə Ukrayna dövləti adından qeyd olunan təşkilatlara, eləcə də bu müraciətin ratifikasiyası üçün Ali Radaya müraciət etməyi təklif edib. Nazirlər Kabinetinə Ukraynanın ərazisində sülh və təhlükəsizliyin dəstəklənməsi üzrə beynəlxalq əməliyyatın keçirilməsi məsələlərinin qanuni tənzimlənməsi ilə bağlı təkliflərini vermək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi