​Ukrayna prezidenti: "Biz müharibəyə hazırıq"

​Ukrayna prezidenti: "Biz müharibəyə hazırıq" "Ukrayna Ordusu xeyli yaxşı vəziyyətdədir"
Digər ölkələr
17 Noyabr , 2014 01:59
​Ukrayna prezidenti: Biz müharibəyə hazırıq

Bakı. 17 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti bəyan edib ki, ölkəsi irimiqyaslı müharibə ssenarisinə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Pyotr Poroşenko Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.

Nəşr müsahibənin kiçik mətnini internet səhifəsinə yerləşdirib.

"Biz irimiqyaslı müharibə ssenarisinə hazırlaşmışıq. Ukrayna Ordusu beş ay əvvəlkinə nisbətdə, xeyli yaxşı vəziyyətdədir", - deyə Poroşenko bildirib.

Bununla yanaşı, Ukrayna prezidenti əlavə edib ki, "biz sülhdən başqa bir şey istəmirik, lakin təəssüf ki, hələlik, ən pis ssenari haqqında düşünmək məcburiyyətindəyik".

Son xəbərlər

Orphus sistemi