Ukrayna NATO ilə birgə hərbi təlimlər keçirəcək

Ukrayna NATO ilə birgə hərbi təlimlər keçirəcək Bunu NATO-nun baş katibi Yens Stoltenberg bildirib
Digər ölkələr
13 May , 2015 21:08
Ukrayna NATO ilə birgə hərbi təlimlər keçirəcək

Bakı. 13 May. REPORT.AZ/ Payız aylarında Ukraynada NATO birgə "Cənub cavabı" adlı hərbi təlimlər keçiriləcək. "Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg bildirib.

"Ukrayna ilə tərəfdaşlığımız güclüdür və bundan sonra da inkişaf edəcək", - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir. Rusiya-Ukrayna qarşıdurması və NATO-nun Əfqanıstanda hərbi missiyası bu görüşün əsas müzakirə predmetləri olub.

Son xəbərlər

Orphus sistemi