​Ukrayna MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

​Ukrayna MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək İclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramın reallaşdırılması müzakirə olunacaq
Digər ölkələr
2 Sentyabr , 2015 03:13
​Ukrayna MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ MDB ölkələrinin daxili işlər nazirləri çərşənbə günü Belarusda Ukrayna nümayəndələrinin iştirakı olmadan cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramın reallaşdırılmasını müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyinə Belarusun Daxili İşlər Nazirliyindən məlumat verilib.

"İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistan daxili işlər nazirliklərinin nümayəndə heyətləri çıxış edəcəklər. Ukrayna təmsilçiləri tədbirdə iştirak etməyəcək", - deyə məlumatda bildirilir.

Nümayəndə heyəti rəhbərlərinin Belarusun baş naziri ilə görüşəcəkləri ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi