​Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilib

​Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilib Sergey Qaydukun işdən çıxarılmasının səbəbi açıqlanmır
Digər ölkələr
15 Aprel , 2016 20:51
​Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin rəhbəri Sergey Qaydukun tutduğu vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.

"Vitse-admiral Sergey Qayduk Anatolyeviç Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilir.

Onun vəzifədən kənarlaşdırılmasının səbəbləri sənəddə qeyd olunmur.

Son xəbərlər

Orphus sistemi