Ukrayna BMT TŞ-yə qeyri-daimi üzv seçilib

Ukrayna BMT TŞ-yə qeyri-daimi üzv seçilib Rəsmi Kiyev 177 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Digər ölkələr
15 Oktyabr , 2015 21:17
Ukrayna BMT TŞ-yə qeyri-daimi üzv seçilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Nyu Yorkda, BMT Baş Assambleyasında təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçilməsi ilə əlaqədar səsvermə keçirilib. "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Ukrayna, Misir, Seneqal, Uruqvay və Yaponiya ilə yanaşı BMT Təhlükləsizlik Şurasının 2016-2017-ci illərdə qeyri-daimi üzvü seçilib.

Bu quruma üzv seçilmək üçün Baş Assambleyada təmsil olunan 193 ölkənin üçdə ikisinin səsini qazanmaq lazımdır. Səsvermə keçirildikdən sonra iclasın sədri Ukraynanın 177 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına qeyri-daimi üzvün seçildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi