Ukrayna beynəlxalq kreditləri silah tədarükünə yönəldir

Ukrayna beynəlxalq kreditləri silah tədarükünə yönəldir Kiyev Beynəlxalq Valyuta Fondunun xətti ilə alacağı kreditin 3.8 milyard dolarlıq hisəsinə silah alacaq
Digər ölkələr
14 Mart , 2015 00:21
Ukrayna beynəlxalq kreditləri silah tədarükünə yönəldir

Bakı. 14 mart. REPORT.AZ/ Rəsmi Kiyev Beynəlxalq Valyuta Fondunun xətti ilə alacağı kreditin bir qismini silah tədarükünə ayırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu məlumatı Almaniyanın Deutsche Wirtschafts Nachrichten qəzeti dərc edib.

Xəbərə əsasən, Ukrayna höküməti xarici kredit trannşının 3.8 milyard dolarlıq qismini elə cari ilin sonunadək hərbi məqsədlərə yönəldəcək.

Ukrayna Müdafiə Nazirliyi artıq 500 adda hərbi texnika və silahdan ibarət siyahını hazırlayaraq prezident Pyotr Poroşenkoya təqdim edib. Sifarişlərin əsas hissəsi isə ABŞ şirkətlərinə veriləcək.

Xatəırladaq ki, P.Poroşenko ötən gün bəyan edib ki, Rəsmi Kiyev 11 Avropa İttifaqı ölkəsi ilə silah tədarükünə dair müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi