Bakı. 25 aprel. REPORT.AZ/ Ukraynanın Belarus Respublikasındakı səfiri Mixail Yejel geri çağırılacaq.
“Report” xəbər verir ki, bu barədə brifinq zamanı Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib.
"Onun çağırılması barədə tərəfimdən qərar qəbul olunub. Hazırda müvafiq sənədlər hazırlanır", - deyə Poroşenko bildirib.